Page 186 - "Dünya yuxutək əriyir..."
P. 186
Şeirlər

Hәyat nәdi, ölüm nә?

Hәyat nәdi, ölüm nә?
Cәnnәtlә aramda qalıb bir pillә.
Dostlar arasında kölgәm rәqs edir,
Qәlbim qәm içindә can verә-verә...

Hәyat nәdi, ölüm nә?
Artıq qorxmuram mәn daha heç nәdәn!
Nә qәdәr tәbәssüm varsa üzümdә,
İnsan gözlәrinә baxacağam mәn!

Dostlar, sağ olun siz hәr şeyә görә,
Bu gündәn hamıyla dostluq edirәm.
Özümsә tәnhayam. Hә, yenә tәnha…
Sәhralar içindә azıb gedirәm...

Siz mәnә su verin, su verin mәnә!
Qoy bu hәyat tәşnәm bir az azalsın.
Günәş altındakı bu boz puçluqdan,
Sonsuz sevgiyәcәn bu şәn hәyata,
Bütün sevgilәrim geridә qalsın.

Güldanda soluxan qızılgüllәrin
Tikanı barmağı qanadan kimi,
Deşәr ürәyini, qanadar hәyat,
Qızdırar qәlbini şaxtası, qәmi,
Bax ki, yanmayasan… O yandıracaq!

186 / 187
   181   182   183   184   185   186   187   188   189   190   191