Page 189 - "Dünya yuxutək əriyir..."
P. 189
la Əliyeva Dünya yuxutək əriyir...
Tez ol, gәl yanıma, yubanma, dostum,
Adla qorxuları, maneәlәri!
Tәk sәnin olmağa söz verirәm mәn!
Bundan başqa heç nә, mәn and içirәm!
Gәl, öz izlәrini sal ürәyimә,
Qoy yenә qәm yeyim, buna hazıram!
Bu yaralı qәlbә necә öyrәşim?
Mәn bu ürәyimlә yaşamalıyam!
Yanmaram tonqalda cadugәr kimi!
Quş kimi, budaqdan göyә aşmaram!
Bir ömür sürürәm, qәmli-sevincli,
Heç cürә qәfәsә mәn alışmaram!
Minnәtdaram Allaha hәr şeyә görә!
Gecәyә işıq saçan bu Aya görә,
Hәyatı sevmәyi mәnә öyrәdәn
Bu soyuq, şaxtalı fevrala görә.
Bilirsәn, hәqiqәt ağırlıq verir,
Ağır bir daş asır sanki ürәyә.
Sanki qәm keçincә, bir әsr keçir,
An ötür, uçuram balıqtәk göyә!
İlahi, eşit mәni, xahiş edirәm,
İnsan hallarımı bağışla mәnә!
Bağışla, mәnә bu sәbirsizliyi,
Tәlәskәnliyimi, vaxtı ötmәyә.
Tez ol, gәl yanıma, yubanma, dostum,
Adla qorxuları, maneәlәri!
Tәk sәnin olmağa söz verirәm mәn!
Bundan başqa heç nә, mәn and içirәm!
Gәl, öz izlәrini sal ürәyimә,
Qoy yenә qәm yeyim, buna hazıram!
Bu yaralı qәlbә necә öyrәşim?
Mәn bu ürәyimlә yaşamalıyam!
Yanmaram tonqalda cadugәr kimi!
Quş kimi, budaqdan göyә aşmaram!
Bir ömür sürürәm, qәmli-sevincli,
Heç cürә qәfәsә mәn alışmaram!
Minnәtdaram Allaha hәr şeyә görә!
Gecәyә işıq saçan bu Aya görә,
Hәyatı sevmәyi mәnә öyrәdәn
Bu soyuq, şaxtalı fevrala görә.
Bilirsәn, hәqiqәt ağırlıq verir,
Ağır bir daş asır sanki ürәyә.
Sanki qәm keçincә, bir әsr keçir,
An ötür, uçuram balıqtәk göyә!
İlahi, eşit mәni, xahiş edirәm,
İnsan hallarımı bağışla mәnә!
Bağışla, mәnә bu sәbirsizliyi,
Tәlәskәnliyimi, vaxtı ötmәyә.