Page 195 - "Dünya yuxutək əriyir..."
P. 195
la Əliyeva Dünya yuxutək əriyir...
Mәnim ürәyim
Çobanyastığına bürünüb ürәk
Mәn onun әtrini dәqiq duyuram…
Bәlkә dә ürәyim, sәnsәn qoxuyan?
Mәncә, bu, sevgidi… gül qoxuyuram!
“Hә, mәn vurulmuşam… – deyir ürәyim –
Sevgidәn heç yana qaça bilmәzsәn.
Yayına bilmәzsәn, – deyir o mәnә –
Bu gәlәn, sevgidi… sәn düz bilmisәn.”
Necә dә sevindim, mәnim ürәyim,
Mәn elә bilirdim, daha sevmәzsәn.
Baxmaq olmur sәnә, işıq saçırsan,
İndi başa düşdüm, nәyә qadirsәn!
Çox sağ ol, ey Günәş, sәhәrlәr üçün!
Taleyimi bilir, amma susursan.
Tәsadüflәr yoxmuş, möcüzәlәr var
Sevgi, sәn nәfәssәn, sәn saf havasan.
Mәnzildә oturub çay içә-içә,
Baş-başa qalmışıq indi ürәklә.
– Yaxşı, ürәk, buraxıram sәni, get,
Sәn nәfәs alırsan bil ki, sevmәklә!
Mәnim ürәyim
Çobanyastığına bürünüb ürәk
Mәn onun әtrini dәqiq duyuram…
Bәlkә dә ürәyim, sәnsәn qoxuyan?
Mәncә, bu, sevgidi… gül qoxuyuram!
“Hә, mәn vurulmuşam… – deyir ürәyim –
Sevgidәn heç yana qaça bilmәzsәn.
Yayına bilmәzsәn, – deyir o mәnә –
Bu gәlәn, sevgidi… sәn düz bilmisәn.”
Necә dә sevindim, mәnim ürәyim,
Mәn elә bilirdim, daha sevmәzsәn.
Baxmaq olmur sәnә, işıq saçırsan,
İndi başa düşdüm, nәyә qadirsәn!
Çox sağ ol, ey Günәş, sәhәrlәr üçün!
Taleyimi bilir, amma susursan.
Tәsadüflәr yoxmuş, möcüzәlәr var
Sevgi, sәn nәfәssәn, sәn saf havasan.
Mәnzildә oturub çay içә-içә,
Baş-başa qalmışıq indi ürәklә.
– Yaxşı, ürәk, buraxıram sәni, get,
Sәn nәfәs alırsan bil ki, sevmәklә!