Page 132 - "Dünya yuxutək əriyir..."
P. 132
Şeirlər
Sәninlә danışmaq istәyirәm
Sәninlә danışmaq istәyirәm mәn
Amma olmaz axı… yoxam yanında.
Heç vaxt unutmaram, baxışlarınla
Mәnә dediyini vida anında.
Hәm dә lap ucadan dediklәrini,
Hәm dә deyilmәdәn, susulanları...
Sәninlә danışmaq, olsun, günahdı
Sәninlә danışaq gәl, biz susmaqla.
Bәs necә unudum indi mәn sәni?
Buna dәqiqәlәr, illәr lazımdı.
Sәninlә danışmaq istәyirәm mәn...
Bu, hәm istәyimdi, hәm dә günahımdı.
İndi nә deyәcәm, bilirsәnmi heç?
Demәzdim heç zaman, bәlkә bu sözü.
Qoy sönsün ulduzlar, çöksün qaranlıq,
Sәn olan zülmәtdә nurlanır gözüm.
Yağış ağlamasın, üşütsün işıq,
Qoy, bu gün sükuta qәrq olmayım mәn.
Sәndәn bu gecәdә әziz nә var ki,
Mәnimki olmamış, getdin әlimdәn.
Amma şeirlәr var, yaşar әbәdi…
Susmaqla aldatmaz onlar heç kimi.
Bilirәm, sәnә dә çatdıracaqlar
Ayrılıb gedәndә demәdiyimi.
132 / 133
Sәninlә danışmaq istәyirәm
Sәninlә danışmaq istәyirәm mәn
Amma olmaz axı… yoxam yanında.
Heç vaxt unutmaram, baxışlarınla
Mәnә dediyini vida anında.
Hәm dә lap ucadan dediklәrini,
Hәm dә deyilmәdәn, susulanları...
Sәninlә danışmaq, olsun, günahdı
Sәninlә danışaq gәl, biz susmaqla.
Bәs necә unudum indi mәn sәni?
Buna dәqiqәlәr, illәr lazımdı.
Sәninlә danışmaq istәyirәm mәn...
Bu, hәm istәyimdi, hәm dә günahımdı.
İndi nә deyәcәm, bilirsәnmi heç?
Demәzdim heç zaman, bәlkә bu sözü.
Qoy sönsün ulduzlar, çöksün qaranlıq,
Sәn olan zülmәtdә nurlanır gözüm.
Yağış ağlamasın, üşütsün işıq,
Qoy, bu gün sükuta qәrq olmayım mәn.
Sәndәn bu gecәdә әziz nә var ki,
Mәnimki olmamış, getdin әlimdәn.
Amma şeirlәr var, yaşar әbәdi…
Susmaqla aldatmaz onlar heç kimi.
Bilirәm, sәnә dә çatdıracaqlar
Ayrılıb gedәndә demәdiyimi.
132 / 133