Page 127 - "Dünya yuxutək əriyir..."
P. 127
la Əliyeva Dünya yuxutək əriyir...
Sәrxoşa, uşağa inanmırıq biz
Saya da salmarıq, eşidilmәzlәr.
Haqsızsa danışar şәstlә, ürәklә,
Yalanı sәsiylә ört-basdır edәr.
Sәrxoşa, uşağa inanmırıq biz,
Onların üzündә maskası yoxdu.
Yalanı dodaqdan şәrablar silәr,
Dünyanın yalanı haqqından çoxdu.
İndi haqq yolunu necә tapasan?
Hәr addımbaşında min bir tәlә var.
Bu boz tәlәlәrdәn yan keçmәk üçün
Gәrәk hisslәrinә çox uymayasan.
Sәrxoşa, uşağa inanmırıq biz,
Hәrdәn heç özünә inanmır insan.
Ürәyi ağılla küsdürmәk üçün
Bizik özümüzә quyular qazan.
Onda, kәs sәsini, şüursuz ağıl!
Eşit, dinlә bir gör, ürәk nә deyir!
O çox şey dilәyir, özü dә birdәn!
Olsun ki, o yenә, sevmәk istәyir...
Sәrxoşa, uşağa inanmırıq biz
Saya da salmarıq, eşidilmәzlәr.
Haqsızsa danışar şәstlә, ürәklә,
Yalanı sәsiylә ört-basdır edәr.
Sәrxoşa, uşağa inanmırıq biz,
Onların üzündә maskası yoxdu.
Yalanı dodaqdan şәrablar silәr,
Dünyanın yalanı haqqından çoxdu.
İndi haqq yolunu necә tapasan?
Hәr addımbaşında min bir tәlә var.
Bu boz tәlәlәrdәn yan keçmәk üçün
Gәrәk hisslәrinә çox uymayasan.
Sәrxoşa, uşağa inanmırıq biz,
Hәrdәn heç özünә inanmır insan.
Ürәyi ağılla küsdürmәk üçün
Bizik özümüzә quyular qazan.
Onda, kәs sәsini, şüursuz ağıl!
Eşit, dinlә bir gör, ürәk nә deyir!
O çox şey dilәyir, özü dә birdәn!
Olsun ki, o yenә, sevmәk istәyir...