Page 128 - "Dünya yuxutək əriyir..."
P. 128
Şeirlər
Cana hopan arzu
Yaddaşında qızın mәsum gözlәri
Oğlan yeriyirdi xaraba yolla…
Onu ayaqları tәlәsdirirdi,
Sanki istәyirdi o xilas ola.
O, qızı sevmişdi dәlicәsinә,
Eşqdәn az qalırdı huşun itirә.
Tәslim elәmişdi öz ürәyini,
Özü dә bilmәdәn, o bu gözәlә.
Göy rәngli donunda dayanmış gözәl
Oğlanın ardınca әl elәyirdi.
Oğlansa, sevgidәn ölmüş vücudla
Ömrün puçluğuna vida deyirdi.
Bir anda dәyişib ömrü ölümә
Ölümün dadını çıxarırdı o.
Elә bil qız onun kainatıydı,
Özünә nәfәslik axtarırdı o.
Arzusu canına hopmuşdu onun,
Canıyla duyurdu nә var dünyada.
Talesә, kefindә, oyunundaydı,
Bizsә, bu oyunda xırda piyada.
Xaraba yollarla gedirdi oğlan,
Tәlәsirdi, bircә çatsın mәqsәdә.
Amma ayaqları heç tәlәsmirdi,
Birdәn xoşbәxtlikdәn yan ötәr deyә.
128 / 129
Cana hopan arzu
Yaddaşında qızın mәsum gözlәri
Oğlan yeriyirdi xaraba yolla…
Onu ayaqları tәlәsdirirdi,
Sanki istәyirdi o xilas ola.
O, qızı sevmişdi dәlicәsinә,
Eşqdәn az qalırdı huşun itirә.
Tәslim elәmişdi öz ürәyini,
Özü dә bilmәdәn, o bu gözәlә.
Göy rәngli donunda dayanmış gözәl
Oğlanın ardınca әl elәyirdi.
Oğlansa, sevgidәn ölmüş vücudla
Ömrün puçluğuna vida deyirdi.
Bir anda dәyişib ömrü ölümә
Ölümün dadını çıxarırdı o.
Elә bil qız onun kainatıydı,
Özünә nәfәslik axtarırdı o.
Arzusu canına hopmuşdu onun,
Canıyla duyurdu nә var dünyada.
Talesә, kefindә, oyunundaydı,
Bizsә, bu oyunda xırda piyada.
Xaraba yollarla gedirdi oğlan,
Tәlәsirdi, bircә çatsın mәqsәdә.
Amma ayaqları heç tәlәsmirdi,
Birdәn xoşbәxtlikdәn yan ötәr deyә.
128 / 129