Page 125 - "Dünya yuxutək əriyir..."
P. 125
la Əliyeva Dünya yuxutək əriyir...
Yadından çıxara bilәrsәn mәni,
İnsanın bir sәfeh unutmağı var.
Sәn ki, qәmlәnmәyi yadırğamışdın,
Olsun, bu halında mәnәm günahkar.
Günahım lap başdan – axıracandı
Yәqin, bağışlarsan, bilirәm, mәni.
Yığaram qәlbimә sınıb әzilmiş,
Yaralı qәlblәrin qәlpәlәrini.
Döndәrә bilәrsәn mәndәn üzünü,
Bilәrsәn... qoy açım sirrimi mәn dә.
Nә qәdәr özümü sevә bilirәm,
O qәdәr qalacam sәnin içindә.
Yadından çıxara bilәrsәn mәni,
İnsanın bir sәfeh unutmağı var.
Sәn ki, qәmlәnmәyi yadırğamışdın,
Olsun, bu halında mәnәm günahkar.
Günahım lap başdan – axıracandı
Yәqin, bağışlarsan, bilirәm, mәni.
Yığaram qәlbimә sınıb әzilmiş,
Yaralı qәlblәrin qәlpәlәrini.
Döndәrә bilәrsәn mәndәn üzünü,
Bilәrsәn... qoy açım sirrimi mәn dә.
Nә qәdәr özümü sevә bilirәm,
O qәdәr qalacam sәnin içindә.