Page 130 - "Dünya yuxutək əriyir..."
P. 130
Şeirlər

Uzaqlara getdin sәn

Uzaqlara getdin sәn…
Amma demәdin hara.
Boş pәncәrәm soyudu,
Büründü toranlara.
Sәn uzaqlara getdin…
Mәnәsә, ora olmaz.
Biz çoxdan tanış idik,
Sәnsә, çәkindin bir az.
Sәn uzaqlara getdin…
Getdin, bilmәdim nәdәn
Sәni bu qәdәr sevdim –
Sevdim belә ürәkdәn?
Özünü yaxşı qoru…
Mәnim öpüşlәrimtәk,
odlar, alovlar saçan, amansız güllәlәrdәn.
Özündәn muğayat ol –
Qayıt, sökülsün yenә sinәm üstә şәfәqlәr.

130 / 131
   125   126   127   128   129   130   131   132   133   134   135