Page 129 - "Dünya yuxutək əriyir..."
P. 129
la Əliyeva Dünya yuxutək əriyir...
Qız onun sirr dolu kainatıydı...
Nәzәrә çarpmayan, bu sadә bir qız.
Yeknәsәq hәyatdan bezib, usanıb,
Sevgi quyusunda qalmışdı yalqız.
Vaxt ötdü, qız dәyәr vermәdi ona,
O çox mәkrliydi, hәm dә, çox şıltaq.
Qız onu nә qovdu, nә әldәn verdi,
Nә onun ardınca: «Getmә» – söylәdi.
Hәyatla oyuncaqtәk, oynadı bu qız,
Dәyişә-dәyişә yüz yol mәzmunu.
Hәr nә elәdisә, bağışlanıldı,
Gözәllik hәr dәfә qәlәbә çaldı.
Xaraba yollarla gedirdi oğlan…
Yox, heç tәlәsmirdi, qaçmırdı nә dә.
O da hamı kimi, tәnha qalmışdı,
Vaxtı öldürürdü yol gedә-gedә.
Torunu sakitcә hörәn hörümçәk
Hiss etmәz ömründә qorxu-hürkünü.
İnsan da, özünü yandırmamaqçün,
Gәrәk, torlar qura, hörә ömrünü.
Oğlan hirsli idi, özün söyürdü,
Dünyaya ürәkdәn nifrәt edirdi.
Gedirdi yolunu sakit, dinmәdәn,
Sevgisi qәlbindә çıxıb gedirdi.
Kimsәsiz yollarla gedirdi oğlan…
Hәm günәş saçırdı, hәm qar yağırdı.
Qızdan lal-dinmәzcә ayrılmışdı o,
Sevgisi qәlbindә, uzaqlaşırdı...
Qız onun sirr dolu kainatıydı...
Nәzәrә çarpmayan, bu sadә bir qız.
Yeknәsәq hәyatdan bezib, usanıb,
Sevgi quyusunda qalmışdı yalqız.
Vaxt ötdü, qız dәyәr vermәdi ona,
O çox mәkrliydi, hәm dә, çox şıltaq.
Qız onu nә qovdu, nә әldәn verdi,
Nә onun ardınca: «Getmә» – söylәdi.
Hәyatla oyuncaqtәk, oynadı bu qız,
Dәyişә-dәyişә yüz yol mәzmunu.
Hәr nә elәdisә, bağışlanıldı,
Gözәllik hәr dәfә qәlәbә çaldı.
Xaraba yollarla gedirdi oğlan…
Yox, heç tәlәsmirdi, qaçmırdı nә dә.
O da hamı kimi, tәnha qalmışdı,
Vaxtı öldürürdü yol gedә-gedә.
Torunu sakitcә hörәn hörümçәk
Hiss etmәz ömründә qorxu-hürkünü.
İnsan da, özünü yandırmamaqçün,
Gәrәk, torlar qura, hörә ömrünü.
Oğlan hirsli idi, özün söyürdü,
Dünyaya ürәkdәn nifrәt edirdi.
Gedirdi yolunu sakit, dinmәdәn,
Sevgisi qәlbindә çıxıb gedirdi.
Kimsәsiz yollarla gedirdi oğlan…
Hәm günәş saçırdı, hәm qar yağırdı.
Qızdan lal-dinmәzcә ayrılmışdı o,
Sevgisi qәlbindә, uzaqlaşırdı...