Page 133 - "Dünya yuxutək əriyir..."
P. 133
la Əliyeva Dünya yuxutək əriyir...
O, mәnә mәlәklәr göstәrdi göydә
O, mәnә mәlәklәr göstәrdi göydә,
Qәlbim duyanları gözümlә gördüm.
Ürәyim duymuşdu, bu görünmәzlәr
Bizlәri hifz edir, hәr yerdә görür.
İntiqam hissiylә alovlanaraq,
Acı göz yaşında boğulur İblis,
Qurur aralıqda yüz cür tәlәlәr,
Toruna salmağa tәlәsir bizi.
Şәrabla doldurub badәlәrini,
Ruhlar dәvәt edir o Cәhәnnәmә.
Hikkә-hiddәtindәn keflәnib-coşur,
Şadlanır hәr acı qәlәbәsinә!
Qәddar qәzәbinin әsincә yeli,
Bir anlığa artır gücü, qüvvәsi!
Sınır sümüklәri paxıllıqların,
Zәiflәr heç zaman duymaz bu hissi.
Zәifik, heç nәyik, bәlkә dә, tozuq...
Amma ki, kainat içimizdәdi!
Orda yarım-insan olanlar da var,
Misilsiz, qayıtmaz, dönmәz anlar da...
Misli yox saatın, fikrin, nәfәsin,
Hәr sualın orda öz cavabı var!
Körpәsә, o qәdәr güclü, elә safdı ki,
Gözlә görünmәyәn işığa baxar...
Balaca әlini uzadıb göyә,
Mәnә mәlәklәri göstәrәr orda.
Yox, İblis, inamım itmәyib hәlә,
Körpә mәlәyim var, budur, yanımda.
O, mәnә mәlәklәr göstәrdi göydә
O, mәnә mәlәklәr göstәrdi göydә,
Qәlbim duyanları gözümlә gördüm.
Ürәyim duymuşdu, bu görünmәzlәr
Bizlәri hifz edir, hәr yerdә görür.
İntiqam hissiylә alovlanaraq,
Acı göz yaşında boğulur İblis,
Qurur aralıqda yüz cür tәlәlәr,
Toruna salmağa tәlәsir bizi.
Şәrabla doldurub badәlәrini,
Ruhlar dәvәt edir o Cәhәnnәmә.
Hikkә-hiddәtindәn keflәnib-coşur,
Şadlanır hәr acı qәlәbәsinә!
Qәddar qәzәbinin әsincә yeli,
Bir anlığa artır gücü, qüvvәsi!
Sınır sümüklәri paxıllıqların,
Zәiflәr heç zaman duymaz bu hissi.
Zәifik, heç nәyik, bәlkә dә, tozuq...
Amma ki, kainat içimizdәdi!
Orda yarım-insan olanlar da var,
Misilsiz, qayıtmaz, dönmәz anlar da...
Misli yox saatın, fikrin, nәfәsin,
Hәr sualın orda öz cavabı var!
Körpәsә, o qәdәr güclü, elә safdı ki,
Gözlә görünmәyәn işığa baxar...
Balaca әlini uzadıb göyә,
Mәnә mәlәklәri göstәrәr orda.
Yox, İblis, inamım itmәyib hәlә,
Körpә mәlәyim var, budur, yanımda.