Page 117 - "Dünya yuxutək əriyir..."
P. 117
la Əliyeva Dünya yuxutək əriyir...

Romada

Romada, bulaşıq bir skamyada
Sәssiz oturmuşam noyabr günü.
Böyrümdә әylәşib miskin bir sәfil…
Görәn, nәdi üzәn onun könlünü?

Ondan içki iyi, çirk iyi gәlir,
Gәlir siqaretin boğuq qoxusu.
Bizim aramızda doğma nә var ki?
O, hәyat yorğunu, çıxmaz yorğusu.

Yoldan ötüşәnlәr baxırlar bizә,
Hamının üzündәn tәәccüb yağır.
Görәn nәylә bәnzәyirik bir-birimizә?
Yalan nәdi bilmir, mәncә, bu fağır.

Bir sәbәb dә yoxdu yalan demәyә,
Bircә uçurum var qarşıda cәmi.
Qazandığı nәdi, itirdiyi nә,
Durub hiylә gәlsin kimәsә indi.

O sakitcә yatıb skamyasında,
Bu xorultu sәsi onun sәsidi.
Yuxu verilibdi hәr doğulana,
Hәr kәs hәyatının bir kölәsidi.

Nәdәsә bәnzәrik, demәk, onunla
Sualın cavabı, mәncә, bax, budu.
Romada, hәmişәyaşıl şamlar altında
Bizi qәfil külәk alıb apardı...
   112   113   114   115   116   117   118   119   120   121   122