Page 119 - "Dünya yuxutək əriyir..."
P. 119
la Əliyeva Dünya yuxutək əriyir...
Belә tәslim olmaq qorxutmur mәni,
Utanmaram, çıxsam bu halda yoxa.
Yarımçıq deyilәm, mәn – Bütöv Tәkәm!
Külәklәr әlindә qalmaz heç yaxam!
Qorxmuram, qorxmaqdan qorxduğum üçün,
Dәhşәtә gәlsәm dә, lap tәk qalanda.
Hamı ağlayanda gülmәyim gәlir,
Mәnsә ağlayıram Ay işığında.
Qorxmuram, sәssizcә itib getsә dә,
Mәndәn uzaqlaşan hәyat günbәgün.
Elә istәyirәm, büküb çәtiri
Yağışlar altında islanım bütün!
Qorxutmur inamım möcüzәlәrә!
Bu inam tükәnmәz mәndә heç zaman.
Qәlbimin kilidin qırıb qoy açım,
Qoy hamı buyursun, qәlbim boş qalsın...
Amansız gecәlәr qorxutmur mәni,
Qorxutmur soyuğu sәrt külәklәrin,
Keçim taleyindәn qoy yalqızların,
Qoy keçim... bәlkә dә, dönәrәm geri.
Belә tәslim olmaq qorxutmur mәni,
Utanmaram, çıxsam bu halda yoxa.
Yarımçıq deyilәm, mәn – Bütöv Tәkәm!
Külәklәr әlindә qalmaz heç yaxam!
Qorxmuram, qorxmaqdan qorxduğum üçün,
Dәhşәtә gәlsәm dә, lap tәk qalanda.
Hamı ağlayanda gülmәyim gәlir,
Mәnsә ağlayıram Ay işığında.
Qorxmuram, sәssizcә itib getsә dә,
Mәndәn uzaqlaşan hәyat günbәgün.
Elә istәyirәm, büküb çәtiri
Yağışlar altında islanım bütün!
Qorxutmur inamım möcüzәlәrә!
Bu inam tükәnmәz mәndә heç zaman.
Qәlbimin kilidin qırıb qoy açım,
Qoy hamı buyursun, qәlbim boş qalsın...
Amansız gecәlәr qorxutmur mәni,
Qorxutmur soyuğu sәrt külәklәrin,
Keçim taleyindәn qoy yalqızların,
Qoy keçim... bәlkә dә, dönәrәm geri.