Page 116 - "Dünya yuxutək əriyir..."
P. 116
Şeirlər

Çox şey istәyirәm…
Mәnә çox şey ver.
Çox da qaytararam, narahat olma.
Acgöz tamahkarlar bilmәyәrәkdәn,
Külәyә verәrlәr nәlәri varsa.
Qorxudan qorxma sәn…
Hamıdan cürәtli olanlar qorxur.
Qorxuyla tәkbәtәk döyüşlәrә gir,
Qoy gücün çoxalsın, bundan qürur duy.
Ya da ki, sadәcә, mәrhәmәtli ol,
Qaranlıqda azanlara әl uzat.
Əvәzi gözlәmә,
Özgәyә kömәyi qaytarır hәyat.
Mәnә bir söz de...
Bircә sözün dәryalarca qiymәtlidi mәnimçün.
Əfsanә sevgiyә inanmıram mәn,
Hәm dә inanıram, sevdiyim üçün.

116 / 117
   111   112   113   114   115   116   117   118   119   120   121