Page 112 - "Dünya yuxutək əriyir..."
P. 112
Şeirlər

Desәm ki, «ağlama»…
Sәncә, bitәcәkmi bütün intizar?
Necә söylәyim «unut»?
Axı unutmaqla heç yoxdu aran?

İstәyirәm xahiş edәm:
«Yum o dәrdli gözlәrini».
Yaxınında olsam belә,
Yanında ki, yoxam sәnin?!

Əlbә ә, mәnim ağlımı
Bir müddәt sәn aldın әlә.
Yәqin, günah özündәdi,
Bәlalara düşdün belә.

Günah, bәlkә dә, mәndәdi,
İndi bunun nә fәrqi var?
Günahla ömur sürmәrәm,
Sübhә qәdәr o yox olar.

Sәn dә itәrsәn onunla...
Odur ki, gәl bir düşünәk.
Qәmlәnib üzülmәkdәnsә,
Gәl, sözü qüruba verәk.

Sәninlә alınmır ömür,
Alınmır «alınmır» sözü.
Sәnsiz tәnhalıq uzanır...
Mәni üzәn budu, düzü.

Aramızda bitib qalxan
Bu sıx ağaclığı qırma.
Amansızlıqla getsәm dә,
Ümid qapısını vurma.

112 / 113
   107   108   109   110   111   112   113   114   115   116   117