Page 106 - "Dünya yuxutək əriyir..."
P. 106
Şeirlər

Qaniçәn

Qandı qaniçәnin tәk bir istәyi,
Nә süddü, nә sudu, nә dә şirәdi.
O, sevgi haqqında heç bir şey bilmir
Tәnha da qalanda, bilmir bu nәdi.

Gözlәri qapanmır gecәlәr onun,
Özünә nә dinclik, nә yuxu umur.
Soruşsan, görәrsәn bilmir yaşını,
Sevmir kinoları, kitab oxumur.

Qaniçәn seçilmәz adi adamdan,
Amma şübhә salar o, ürәklәrә.
Özündәn çıxarmaq çәtindi onu,
Coşmaz, dalaşmaz o bir kimsә ilә.

Fırtınadan güclü sakitliyi var,
Qoca da, cavan da tanıyır onu.
Yaşayır içindә çox qәhrәmanlar,
Buna baxmayaraq, utancaqdı o.

Siz ona şәrab da tәklif etmәyin,
Yarıxoş, yarısәrt imtina edәr.
Aldadar ki, «toxam». Xoşbәxt olmağa
Ona al şәrab yox, tәkcә qan yetәr.

Heyif ki, gücünüz çatmaz sevmәyә,
Ona nifrәt etmәk hәr şeydәn asan.
Bütün zәiflәri bağışlayar o,
Özü dә incimәz, küsmәz heç zaman.

106 / 107
   101   102   103   104   105   106   107   108   109   110   111