Page 103 - "Dünya yuxutək əriyir..."
P. 103
la Əliyeva Dünya yuxutək əriyir...

Yalan, bәhanәylә doludu için!
Hәyatsa, filmtәk görünür bizә.
Amma ürәk elә, üz çevir ondan,
Qәlbin saflığını satma İblisә.

Çәtirsiz gәzmәkdәn yağış altında
Tәәssüf etmәzsәn, çölә çıx, dostum.
Hәqiqәti söylә, heç nәdәn qorxma,
Haqqı danmaq olmaz, üzü çox bozdu.

Kimi aldatmısan, anlayırsanmı?
İndi hәr sözünә cavabdehsәn sәn.
Kim dә bilmәsә dә, sәn anlayırsan –
Ağıldı qorxunun әhdini kәsәn.

Ağıldı, vicdanı sakitcә әzir,
Özü dә әriyir bu әzablarda.
Aldatdın... hamı da sәnә inandı,
Sәn ki, inanmadın öz yalanına?!..
   98   99   100   101   102   103   104   105   106   107   108