Page 98 - "Dünya yuxutək əriyir..."
P. 98
Şeirlər

Yenә dә gecәdi… Haqq üzә çıxır…
Güzgülәr aldatmır adamı daha.
Gecәdi… gecәylә yalqız deyilәm,
Axı yanımdasan, tәnha olsam da.
Dikәl, zirvәlәri adlayıb da keç,
Üzüb keç çayları, dәnizlәri sәn!
Sonu görünmәyәn vadilәrdәn öt,
Necә gözlәyirәm sәni, bilirsәn.
Ağlama. Buna bir sәbәb varmı heç?
Necә sәnin olum, de, mәn әbәdi?
Yarımçıq yaşamaq olarmı ömrü,
Saxlamaq olarmı, әbәdiyyәti?
Mәn sәnә heç zaman mәktub yazmadım,
Artıq yazacağam – budu son qәrar.
Heyif ki, lüğәtdә sözlәr çox azdı,
Amma ki, “sevirәm” kәlmәsi dә var.

98 / 99
   93   94   95   96   97   98   99   100   101   102   103