Page 97 - "Dünya yuxutək əriyir..."
P. 97
la Əliyeva Dünya yuxutək əriyir...
Mәktub
Mәn sәnә heç zaman mәktub yazmadım...
Qәlbimdә nәlәr var, yazmadım sәnә.
Qorxdum ki, yazmalı olacaqlarım,
Layiq olduğundan cılız görünә.
Heyif ki, lüğәtdә sözlәr çox azdı,
Yetmir qüvvәlәri hissi demәyә.
Odu ki, dinmirdim, elә susurdum,
Susurdum ki, sükut hәr şeyi deyә.
Hәr şeyi eşidib başa düşürsәn,
Görürsәn yağışı buludsuz göydә.
Gözlәri kitabtәk, oxuyursan sәn,
Günәş işığısan, sanki bәbәkdә.
Divar arxasında әsәn külәyi
Duyur, hiss edirsәn sәn, birdәn-birә.
Qoy bütün gәmilәr küssün sözümdәn
Gedib çırpılsınlar aysberqlәrә.
Ərisin zülmәtdә, qoy, bütün şamlar,
Ulduzlar nur saçsın biz gedәn yola.
Yuxuda sәninlә görüşmәk üçün
Hazıram әbәdi yuxuya dalam.
Mәktub
Mәn sәnә heç zaman mәktub yazmadım...
Qәlbimdә nәlәr var, yazmadım sәnә.
Qorxdum ki, yazmalı olacaqlarım,
Layiq olduğundan cılız görünә.
Heyif ki, lüğәtdә sözlәr çox azdı,
Yetmir qüvvәlәri hissi demәyә.
Odu ki, dinmirdim, elә susurdum,
Susurdum ki, sükut hәr şeyi deyә.
Hәr şeyi eşidib başa düşürsәn,
Görürsәn yağışı buludsuz göydә.
Gözlәri kitabtәk, oxuyursan sәn,
Günәş işığısan, sanki bәbәkdә.
Divar arxasında әsәn külәyi
Duyur, hiss edirsәn sәn, birdәn-birә.
Qoy bütün gәmilәr küssün sözümdәn
Gedib çırpılsınlar aysberqlәrә.
Ərisin zülmәtdә, qoy, bütün şamlar,
Ulduzlar nur saçsın biz gedәn yola.
Yuxuda sәninlә görüşmәk üçün
Hazıram әbәdi yuxuya dalam.