Page 92 - "Dünya yuxutək əriyir..."
P. 92
Şeirlər

Atәşfәşanlıq

Niyә atәşfәşanlıqdan yazmadım, görәn?
Yazmadım göylәrin nurlanmasından?
Milyonlarla qәlbin hәsrәt çәkdiyi
Sevincin gözlәrdә әks olmasından?

Uşaq çağlarımdan bәlәdәm ona,
Doğulduğum gündәn doğmadı mәnә.
İşığı illәrlә tükәnәn deyil,
İllәr ötüşsә dә, nur saçır yenә…

Göyün qürubunda dәyişincә gün,
Üfüqlәr adamı aldadan zaman,
Yanımda quruca kölgәlәr qalar,
Hisslәr mәhrum olar yenә uçuşdan…

Göyә min rәng vurar atәşfәşanlıq,
Bu dünya yuxutәk, әriyib gedәr...
Zülmәtdә ümiddәn ocaq çatmağı
Tәk bir o bacarar, o edә bilәr.

Onunla tanışam lap uşaqlıqdan,
Sevinclә, tәk onu könlüm gözlәyir.
Bәlkә, gülmәlidi dediyim, ancaq,
Ruhumu tәkcә o… o tilsimlәyir…

92 / 93
   87   88   89   90   91   92   93   94   95   96   97