Page 90 - "Dünya yuxutək əriyir..."
P. 90
Şeirlər
Elegiya
Ulduzlar düzülsә pillәkәn kimi,
Dolsa gözlәrimә Ayın işığı,
Qalxıb pillә-pillә göyün üzünә
Sәni qaytarardım ordan aşağı.
Bәrk-bәrk ürәyimә sıxdıqlarımı
Çatdıra bilsәydi külәklәr sәnә,
Bax, onda bilәrdin, sәninçün necә
darıxıb üzülür ürәyim mәnim.
Qәlbimin içindә yaşayan sәsin
Əzizdi arzudan, istәkdәn mәnә.
Sözlәrinlә bağlı xatirәlәri,
Kaş çaylar özümә qaytara bilә.
Sәni hardan tapım, bilmirәm axı?!.
Göstәrә bilәydi barı buludlar.
Bir anlıq әlindәn yapışaydım kaş!
Belә bir әlçatmaz dilәyim dә var.
Niyә göz yaşları dönür dәnizә? –
söylәyә bilsәydi yağışlar mәnә,
Dincliyin barәdә bildiklәrini
Ay da, ulduzlar da deyәrdi mәnә.
90 / 91
Elegiya
Ulduzlar düzülsә pillәkәn kimi,
Dolsa gözlәrimә Ayın işığı,
Qalxıb pillә-pillә göyün üzünә
Sәni qaytarardım ordan aşağı.
Bәrk-bәrk ürәyimә sıxdıqlarımı
Çatdıra bilsәydi külәklәr sәnә,
Bax, onda bilәrdin, sәninçün necә
darıxıb üzülür ürәyim mәnim.
Qәlbimin içindә yaşayan sәsin
Əzizdi arzudan, istәkdәn mәnә.
Sözlәrinlә bağlı xatirәlәri,
Kaş çaylar özümә qaytara bilә.
Sәni hardan tapım, bilmirәm axı?!.
Göstәrә bilәydi barı buludlar.
Bir anlıq әlindәn yapışaydım kaş!
Belә bir әlçatmaz dilәyim dә var.
Niyә göz yaşları dönür dәnizә? –
söylәyә bilsәydi yağışlar mәnә,
Dincliyin barәdә bildiklәrini
Ay da, ulduzlar da deyәrdi mәnә.
90 / 91