Page 85 - "Dünya yuxutək əriyir..."
P. 85
la Əliyeva Dünya yuxutək əriyir...
Dәrdli insanlara әl uzatdı o,
Kömәk umanlarsa, heç usanmadı.
Gözlәri bildirsә yorğunluğunu,
Ona bu yorğunluq bağışlanmadı.
Qaragüruh onu daş-qalaq etdi,
«Vicdansız» vә «acgöz» adlandırdılar.
Sanki insanların yaddaşı itdi,
Unudulub getdi çox yaxşılıqlar.
Qәlbindә Allaha şübhә oyandı,
Şeytan yuva saldı onun içindә.
«Dostluğa sadiqәm!» and verincә o,
Endi Cәhәnnәmә – alov içinә.
Yetişdi ağaclar yaşıl bağçada,
Gözәl meyvәlәri çürüdü, getdi,
Cәhәnnәmin odu alovlandıqca,
O da unuduldu, yaddaşdan itdi.
Tanrı sәadәti dәrdlә bir verir,
Dәrdsiz nә bilinәr sәadәt nәdi?
Əslindә, yalqızdı hәr bir ölümlü,
Qәlbisә, arzuya daim tәşnәdi.
Burda anlamalı çәtin şey yoxdu,
İnamı itәn kәs nә yazıq olur?!
Kәtana çәkilmiş rәnglәri pozan –
Özü öz әliylә özünü pozur.
Amma, nә dә olsa, inanıram mәn,
Güclülәr yorulmaz xeyirxahlıqdan.
Qәlbi mәrhәmәtlә döyünәn kәsin
İnamı qırılmaz, sınmaz heç zaman.
Dәrdli insanlara әl uzatdı o,
Kömәk umanlarsa, heç usanmadı.
Gözlәri bildirsә yorğunluğunu,
Ona bu yorğunluq bağışlanmadı.
Qaragüruh onu daş-qalaq etdi,
«Vicdansız» vә «acgöz» adlandırdılar.
Sanki insanların yaddaşı itdi,
Unudulub getdi çox yaxşılıqlar.
Qәlbindә Allaha şübhә oyandı,
Şeytan yuva saldı onun içindә.
«Dostluğa sadiqәm!» and verincә o,
Endi Cәhәnnәmә – alov içinә.
Yetişdi ağaclar yaşıl bağçada,
Gözәl meyvәlәri çürüdü, getdi,
Cәhәnnәmin odu alovlandıqca,
O da unuduldu, yaddaşdan itdi.
Tanrı sәadәti dәrdlә bir verir,
Dәrdsiz nә bilinәr sәadәt nәdi?
Əslindә, yalqızdı hәr bir ölümlü,
Qәlbisә, arzuya daim tәşnәdi.
Burda anlamalı çәtin şey yoxdu,
İnamı itәn kәs nә yazıq olur?!
Kәtana çәkilmiş rәnglәri pozan –
Özü öz әliylә özünü pozur.
Amma, nә dә olsa, inanıram mәn,
Güclülәr yorulmaz xeyirxahlıqdan.
Qәlbi mәrhәmәtlә döyünәn kәsin
İnamı qırılmaz, sınmaz heç zaman.