Page 83 - "Dünya yuxutək əriyir..."
P. 83
Dünya yuxutək əriyir...

Bu payız qürubu olsaydı әgәr,
Ömrümün, günümün әn son qürubu,
Vaxtı itirmәdәn, fövtә vermәdәn,
Lәl kimi ovcuma yığardım onu.

Duyardım qәlblәrin döyüntüsünü,
Bәhanәm olmazdı qәm çәkim bir an.
Əlimi çәkmәzdim heç әtәyindәn,
Çәkәrdim rәsmini, hey usanmadan.

Bütün dostlarımı basıb bağrıma,
Düşmәni dә sevәr, alqışlayardım.
Tәrәddüd etmәdәn, qәlbimi oyan
Bütün incikliyi bağışlayardım.

Basardım bağrıma onu doyunca,
Canımdan aralı qoymazdım bir an.
Azlıq elәmәzdi mәnә o heç vaxt
Ovcuma sıxardım, tamam solunca.

Leyla Əliyeva
   78   79   80   81   82   83   84   85   86   87   88