Page 79 - "Dünya yuxutək əriyir..."
P. 79
la Əliyeva Dünya yuxutək əriyir...
Elә bil alovsan
Elә bil alovsan, sәn hey yanırsan,
Şölәlәr saçırsan hey usanmadan.
Baxışının hökmü canlar dağlayır,
Qәlblәri ram edib mәmnun qalırsan.
Gücündәn agahsan, bilirәm, dostum,
Onu alәt kimi işlәdirsәn sәn.
İnsanlardan kağız kartlar düzәldib,
Vurub qalib gәlir, tәslim edirsәn.
Gecәni zülmәtdәn qoruyan tәki,
Kimәsә acıyır, kimә yanırsan,
Bu dünyada sәntәk ola bilmәdik,
Biztәk olmağısa, sәn bacarmırsan.
Bәzәn sanıram ki, sәn cadugәrsәn
Gizli arzuları çözәn cadugәr.
Kini, küdurәti külәyә verib,
Qoynunu xeyirә açan cadugәr.
Elә bil alovsan
Elә bil alovsan, sәn hey yanırsan,
Şölәlәr saçırsan hey usanmadan.
Baxışının hökmü canlar dağlayır,
Qәlblәri ram edib mәmnun qalırsan.
Gücündәn agahsan, bilirәm, dostum,
Onu alәt kimi işlәdirsәn sәn.
İnsanlardan kağız kartlar düzәldib,
Vurub qalib gәlir, tәslim edirsәn.
Gecәni zülmәtdәn qoruyan tәki,
Kimәsә acıyır, kimә yanırsan,
Bu dünyada sәntәk ola bilmәdik,
Biztәk olmağısa, sәn bacarmırsan.
Bәzәn sanıram ki, sәn cadugәrsәn
Gizli arzuları çözәn cadugәr.
Kini, küdurәti külәyә verib,
Qoynunu xeyirә açan cadugәr.