Page 76 - "Dünya yuxutək əriyir..."
P. 76
Şeirlər

Arzum bir budu ki, göydә hәr ulduz
Hәr bir insan üçün yanıb-parlasın!
Bir dә xahişimi eşitsin Zaman,
“Tәlәsmә!”– deyәndә, ayaq saxlasın.
İstәrәm, ruhumu çalxalandıran
Dalğalar sәngiyib geri çәkilsin.
Mәnә adicә bir hәdiyyә bәxş et,
Bütün әzizlәrim baxıb da gülsün.
İstәrәm, әhv etsin günahlarımı
Hәr gecә yanıma gәlәn mәlәyim.
Bir dә istәyirәm, ucadan deyim,
Yaxşı eşidilsin arzum, dilәyim.
İstәyim budu ki, xoşbәxt olasan!
Qoy sәadәt tapsın hәr sevәn ürәk!
Sәninlә görüşün hәsrәtindәyәm,
Lәngimә, Yeni il, tez ol, gәl görәk!

76 / 77
   71   72   73   74   75   76   77   78   79   80   81