Page 74 - "Dünya yuxutək əriyir..."
P. 74
Şeirlər

Vurulma mәnә

Vuruldun sәn mәnә… sonra nolacaq?
Sevginin ardınca nifrәt gәlәcәk?
Ağlıma gәlmәzdi, sevәn bir kәsi,
Necә asan imiş, demә, incitmәk...
Heyif, inciyәnlәr tez unudulur,
İnciyәn biz olsaq, rәhmimiz gәlәr.
Arzunu şüşәtәk qırmaq asandı,
Sınanı yamamaq kimә nә verәr?

Sevincәk olarsan, vurulsan mәnә,
Ömrü çox qısadı belә sevincin.
Bu gün Cәnnәtdisә, sabah Cәhәnnәm...
Eh, zaman sürәtlә dәyişir sәmtin.
Gün batır, gün doğur, yenidәn batır…
Qaçırıq hәyatda, çarxda dәlәtәk.
Bu gün Cәnnәtdisә, sabah Cәhәnnәm,
Fikirlәr qorxudan ölür, miskin kölәtәk.

Vuruldun sәn mәnә, buna şübhәm yox,
Qürur hәqiqәtlә necә oxşardı?!..
Sonsuzluğa gedәn yolu seçsәn dә,
Ora bilet, qürurdan da bahadı.
Baş alıb gedәrsәn o sonsuzluğa,
Çәtin qayıdarsan ordan geriyә.
Odur ki, nә varsa, bu başdan unut,
Asan olur olmayanı itirmәk.
Vurulsan da mәnә, әlvida, dostum!
Sevmәk hәvәsinә qibtә edirәm.
Qapalı olsa da, ömrün çevrәsi,
Bu dar çevrә ilә mәn dә gedirәm.

74 / 75
   69   70   71   72   73   74   75   76   77   78   79