Page 78 - "Dünya yuxutək əriyir..."
P. 78
Şeirlər

Sevinmәk hәlә tezdi,
Dәrd geri döndü yenә.
Balıq sıçrayıb düşdü
Üçüncünün әlinә.

Balıq belә söylәdi:
– Qoca, dilәyin nәdi?
Verәrәm nә istәsәn!
Yazığam, qaytar geri
yaşamaq haqqımı sәn!

Qoca dedi: “Azadsan,
Rahat get üzә-üzә.
İnan, sәnin ömrünü
bağışladım dәnizә.”

Balıq tez itdi gözdәn,
Üzdü lap uzaqlara,
Ordan ucadan dedi:
«Bütün hәdiyyәlәrdәn
Azadlıq qiymәtlidi!»

Cәnnәtdәn qovub bizi,
Haqq edib uca varlıq.
Dünyanı mәhv edirik,
Göylәri dağıdırıq...
Bir sandıq bağışlayıb
O, Cәnnәt әvәzinә.
Xeyirhaqlıqlar edib,
Yığmaq üçün içinә.

Qoca da hәdiyyәsin
Açıb qoydu sandığa.
Uca saray tikmәdi,
O çox varlıydı daha.

78 / 79
   73   74   75   76   77   78   79   80   81   82   83