Page 69 - "Dünya yuxutək əriyir..."
P. 69
la Əliyeva Dünya yuxutək əriyir...

Sәnә vurulmuşam

Sәnә vurulmuşam, amma nә fayda?
Hәr şey ötüb keçir, qalan iz olur.
Oyunun qaydası belәymiş demә,
Onu bir başqa cür dәyişmәk olur…

«Bağışla» – deyirәm mәn gәlәcәyә,
Əlәmdәn qurtulub, sevinәcәyәm!
Yalan-doğru – “çalışacam” – deyirәm,
Bir daha qüssәyә yol vermәyәcәyәm.

«Hәr şey ayrı cürdü» – dedim yalandan.
Hәm onu aldatdım, hәm dә özümü.
Qәlbimi gizlәdim bәd nәzәrlәrdәn,
Gizlәdim mәn onun açıq gözünü.

Yarımçıq badәnin çatlaq şüşәsi…
Şәrabı mәst edәr, ömrü oğurlar.
İblislә dә bitdi bütün haqq-hesab,
Onun da şәr vaxtı dәrd çәkmәyi var.
   64   65   66   67   68   69   70   71   72   73   74