Page 64 - "Dünya yuxutək əriyir..."
P. 64
Şeirlər

Budu, oturmuşam mәn yenә tәnha…
Nolsun, mәgәr burda cinayәt varmı?

Lap belә varsa da, daha fәrq etmәz...
Zaman bağışlasın günahlarımı.

Cinayәt özü dә qәhrәmanlıqdı!
Mәlәk olmağımız baş tutmayacaq.

Mәnimsә, mәlәyim lap yaxındadı,
Onu heç bir kimsә aldatmayacaq.

Sizә dә «әlvida» deyirәm, dostlar,
Getmәk zamanıdır, salamat qalın!

Tezliklә geriyә qayıdacağam!
Hәr şey qayıdacaq… buna inanın!

Sağ olun, «әlvida» deyirәm sizә!
Amma zәhlәm gedir bu «әlvida»dan.

Sakitcә özümә pıçıldayaram:
“Görüş gözlәyәcәm mәn hәr sabahdan».

64 / 65
   59   60   61   62   63   64   65   66   67   68   69