Page 60 - "Dünya yuxutək əriyir..."
P. 60
Şeirlər
Sevgi vә nifrәt
Sevgi, niyә nifrәtlә dostluq edirsәn?
O sәni hәm üzәr, hәm dә yandırar.
Sevgi, bil, sәnә dә sevgi gәrәkdi,
Qorxma, yalnız sevәn qәlәbә çalar.
Get, qoy büdrәtmәsin sәni inciklik,
Qısqanclıq kor edәr, yum gözlәrini.
Gözlәrin hәr zaman, qoy açıq olsun,
Unutma heç bir vaxt sevgi hissini.
İnansan ki, qürur, lay divar kimi,
Qoruyacaq sәni, sәfehsәn demәk.
Oyun oynayırsan… kimlәrdәn ötrü?
Bu oyun sәninçün oynanır demәk.
Nә qәdәr sevmәyә son vermәmisәn,
Vida demәmisәn sәn ümidlәrә,
Bәdbәxtlik gәtirmәz o sәnә heç vaxt,
Sevmәkdәn gәl, qorxma sәn әbәs yerә.
60 / 61
Sevgi vә nifrәt
Sevgi, niyә nifrәtlә dostluq edirsәn?
O sәni hәm üzәr, hәm dә yandırar.
Sevgi, bil, sәnә dә sevgi gәrәkdi,
Qorxma, yalnız sevәn qәlәbә çalar.
Get, qoy büdrәtmәsin sәni inciklik,
Qısqanclıq kor edәr, yum gözlәrini.
Gözlәrin hәr zaman, qoy açıq olsun,
Unutma heç bir vaxt sevgi hissini.
İnansan ki, qürur, lay divar kimi,
Qoruyacaq sәni, sәfehsәn demәk.
Oyun oynayırsan… kimlәrdәn ötrü?
Bu oyun sәninçün oynanır demәk.
Nә qәdәr sevmәyә son vermәmisәn,
Vida demәmisәn sәn ümidlәrә,
Bәdbәxtlik gәtirmәz o sәnә heç vaxt,
Sevmәkdәn gәl, qorxma sәn әbәs yerә.
60 / 61