Page 63 - "Dünya yuxutək əriyir..."
P. 63
la Əliyeva Dünya yuxutək əriyir...
Ətraf sakitlikdi… qәlbim dә sakit
Sakitlik bürüyüb evi, hәyәti.
Qәlbimә, qәfildәn qәm yuva salıb
İndi daha heç nә qorxutmur mәni.
Mәnә deyirlәr ki, «dayan, sәbr elә»,
«Tәlәsmә, bir az da düşün» – deyirlәr.
Mәnimsә sәbrim yox, ağlım, bağışla,
«Düşün»sә, «fikrini» deyir, «dәyişmә».
Bәli, mәn fikrimi dәyişmәyәcәm!
Bunu nә vücudum, nә ruhum dilәr.
Nahaqdan siz mәni bağışlamayın,
Olanı yuxular mәnә göstәrәr.
Budu bax, yanvar da qapını döyür
Otlar da soyuyur, yağışlar kәsir…
«Tezliklә dönәcәm» – deyib getsә dә,
Yenә baş çәkmәyә o bizә gәlir.
Qayıdıb sevincәk deyir, bir ildi
görüşә bilmirdik heç sәninlә biz.
Amma elә bil ki, lap bu yaxında
görüşüb getmişdi sәssiz-sәmirsiz.
Ətraf sakitlikdi… qәlbim dә sakit
Sakitlik bürüyüb evi, hәyәti.
Qәlbimә, qәfildәn qәm yuva salıb
İndi daha heç nә qorxutmur mәni.
Mәnә deyirlәr ki, «dayan, sәbr elә»,
«Tәlәsmә, bir az da düşün» – deyirlәr.
Mәnimsә sәbrim yox, ağlım, bağışla,
«Düşün»sә, «fikrini» deyir, «dәyişmә».
Bәli, mәn fikrimi dәyişmәyәcәm!
Bunu nә vücudum, nә ruhum dilәr.
Nahaqdan siz mәni bağışlamayın,
Olanı yuxular mәnә göstәrәr.
Budu bax, yanvar da qapını döyür
Otlar da soyuyur, yağışlar kәsir…
«Tezliklә dönәcәm» – deyib getsә dә,
Yenә baş çәkmәyә o bizә gәlir.
Qayıdıb sevincәk deyir, bir ildi
görüşә bilmirdik heç sәninlә biz.
Amma elә bil ki, lap bu yaxında
görüşüb getmişdi sәssiz-sәmirsiz.