Page 62 - "Dünya yuxutək əriyir..."
P. 62
Şeirlər

Göz yaşları

Ağlamaq istәdim, göz yaşım yoxdu...
Deyin indi mәnә, kimdi günahkar?

Buz tutub gözlәrim, donub göz yaşım...
Şairlәr qәlbini sözlә ovudar.

Ağlamaq istәdim, bilmәdim nәdәn
Ağlaya bilmәdim… Yoxdu hәvәsim.

Amma ağlamaq da az fayda vermir,
Kimsәni ovudur, kimi sәngidir.

Hәyat, de, nәlәr var irәlilәrdә?
Heç nәyi gizlәmә, açıq danış sәn.

Bәzәn görürәm mәn olacaqları
Heç nәdәn qorxmuram, tәәssüflәnmirәm.

Gözüm tutqunlaşıb, yorulmuşam mәn
İçim bomboş sәhra… yandırıb-yaxır...

Heyif ki, çox sözlәr yaza bilmәdim,
Qismәt, bәlkә, buymuş, kim bilir axı?

62 / 63
   57   58   59   60   61   62   63   64   65   66   67