Page 67 - "Dünya yuxutək əriyir..."
P. 67
la Əliyeva Dünya yuxutək əriyir...
Sevgi qulu
Bir Sevgi Qulu vardı, sәhralarla dolaşıb
Quru gölmәçәlәrdә o hey su axtarardı.
Hörümçәk toruna düşmüştәk, hәrdәn,
Göydә mәlәklәri qarğışlayardı.
Bir Eşq Ustadı da yaşardı dağda,
Dünya görünәrdi ovuclarında.
İçi boş qәlbindәn zinhara gәlib,
Bir gün mәlәklәri qınadı bunda.
Əlçatmaz ulduzlar yağışı altda,
Əlçatmaz arzular qovğalarında,
Qızdırmış xәstәtәk, zәhәrlәnmiştәk,
Qul cavab gәzirdi öz sevgisinә...
Ustadsa, qızmarca günәş altında,
Yaralı qәlblәrin taxtı başında,
Maraqsız sonunu әzbәr bildiyi
Oxunmuş kitablar vәrәqlәyirdi.
Qul ağlar, qәmlәnәr, nifrәt edәrdi,
Qoşardı özündәn incә sәtirlәr.
Sevimli gözlәri hey axtarardı
Zülmәt qaranlıqdan kor olmuş gözlәr.
Sevgi qulu
Bir Sevgi Qulu vardı, sәhralarla dolaşıb
Quru gölmәçәlәrdә o hey su axtarardı.
Hörümçәk toruna düşmüştәk, hәrdәn,
Göydә mәlәklәri qarğışlayardı.
Bir Eşq Ustadı da yaşardı dağda,
Dünya görünәrdi ovuclarında.
İçi boş qәlbindәn zinhara gәlib,
Bir gün mәlәklәri qınadı bunda.
Əlçatmaz ulduzlar yağışı altda,
Əlçatmaz arzular qovğalarında,
Qızdırmış xәstәtәk, zәhәrlәnmiştәk,
Qul cavab gәzirdi öz sevgisinә...
Ustadsa, qızmarca günәş altında,
Yaralı qәlblәrin taxtı başında,
Maraqsız sonunu әzbәr bildiyi
Oxunmuş kitablar vәrәqlәyirdi.
Qul ağlar, qәmlәnәr, nifrәt edәrdi,
Qoşardı özündәn incә sәtirlәr.
Sevimli gözlәri hey axtarardı
Zülmәt qaranlıqdan kor olmuş gözlәr.