Page 68 - "Dünya yuxutək əriyir..."
P. 68
Şeirlər

Unudub yolunu gözlәyәnlәri,
Ustad hәvәssiz-hәvәssiz şәrab içәrdi.
Yox idi dünyada itirәcәyi,
Sıxıntı içindә vaxt öldürәrdi.
Bir gün Qul qәlbindә ildırım çaxdı…
Çovğunlar oynadı, göylәr söküldü.
Quru gölmәçәlәr aşıb da daşdı,
Qul yuxuda ikәn, aşkarda öldü.
Ustadın yuxusu әrşә çәkildi,
Girdi yuxusuna çılpaq meşәlәr.
Unudulmuş eşqlәr xatırlanmadı,
Mәna kәsb etmәdi bol möcüzәlәr.
Xoşbәxt olan kmdi, deyin siz indi –
Ustad olan kimdi, Qul kim – bilәn var?
Mәncә, bu sualın cavabı yoxdu
Sevәn, ya sevilәn? – Siz verin qәrar.

68 / 69
   63   64   65   66   67   68   69   70   71   72   73