Page 65 - "Dünya yuxutək əriyir..."
P. 65
la Əliyeva Dünya yuxutək əriyir...

Getmә

Getmә sәn yanımdan, nolar, bir dayan…
Yalqız qoyma mәni bu tәnhalıqla.
Bir az qal yanımda, bir azca lәngi,
Burda ağlım itir kimsәsizlikdәn.

Saxta sözlәrinlә gәl, öymә mәni,
Saxta tәriflәrin yalanla dolu...
Dostları özümә düşmәn etdim ki,
Ən yaxın sirdaşın, tәkcә mәn olum.

Mәni heç bir zaman şәrә dәyişmә,
Kim çәkә bilәr ki, mәn çәkәn dәrdi?
Onsuz da dünyaya nifrәt edirәm,
Çünki sakinlәri, tәk ölülәrdi.

Lәnәt yağdırıram dörd bir yanıma,
Saxta rәhmliyә, mәrhәmәtliyә.
Yalanlar satılır, hiylәlәr dolu,
Hamı da inanır bu «qәlәbәyә».

Sәn gәl, özgәlәrә dostunu satma!
Onlar buna dәymәz, sözümә inan.
Yoxsa, özgәlәrә verilәr ömrüm,
Sәninlә bölmәyә qalmaz bircә an.
   60   61   62   63   64   65   66   67   68   69   70