Page 57 - "Dünya yuxutək əriyir..."
P. 57
la Əliyeva Dünya yuxutək əriyir...

Ürәyim

Vurulmuşdum sәnә, elә bilirdim,
Sәn mәnә heç zaman dönük çıxmazsan.
Elә yaratmışdım sәni qәlbimdә
Gözünlә görsәn dә, heç tanımazsan.

Dәlitәk sevirdim yaratdığımı,
Onunla özümü xoşbәxt sanırdım.
Sәnsә, etinasız qalırdın buna,
Üstәlik, gülürdün mәnim halıma.

Gülüş, göz yaşıyla dolu olsa da,
Sәnin vecinә dә deyildi hәyat.
Onunsa, dünyada tayı yox idi,
Sәn yox… bir, o idi mәnә kainat.

Onunla tökürdüm göz yaşlarımı,
Cәsur da olurdum hәrdәn, şir kimi.
Gizlәmirdim ondan heç sevdiyimi.
Odu ki, tәk onu seçdi ürәyim.

İndi o, rәfdәdi, düşüb dә qalıb...
Dodaq boyaları, boş çanta kimi.
Batır tikanını, iynәlә daha,
Geri istәmirәm mәn ürәyimi.

Qoy sәnin yanında qalsın hәmişә,
Düşünmә heç, onun nә olduğunu.
Nә ilәsә, bәlkә dә, baxışlarınla
Elә hey yadıma salırsan onu.
   52   53   54   55   56   57   58   59   60   61   62