Page 54 - "Dünya yuxutək əriyir..."
P. 54
Şeirlər

Mәn qәlbimi satıram! Bazar piştaxtasında!
Buyur, götür, ay adam, sәn onu pulsuz apar!
İçi tikan – tilişkә, amansız qasırğalar…
Canımı ondan qurtar!
Yağışlı havalarda çәtirimi açmaram,
Qoy bu rahatsız qәlbim yağışlar altda qalsın.
Bәlkә, bir az toxtasın...
Ağrısını, qәmini sular yuyub aparsın.
Gecәnin sәssizliyi, tәnhalıq dolu kәdәr…
Qәlbimlә baş-başayıq sübhün sonuna qәdәr.
"Onu mәndәn qoparın"! – Aya, Günәşә dedim.
Bilmirәm, nәdәn axı onu sәnә vermәdim?..

54 / 55
   49   50   51   52   53   54   55   56   57   58   59