Page 55 - "Dünya yuxutək əriyir..."
P. 55
la Əliyeva Dünya yuxutək əriyir...
Yenә gecә gәlir
Qapqara rәnglәrlә mәn hey yazıram
Sәnin hәr sözünü öz ürәyimә.
Yenә gecә gәlir... de, hara qaçım?
Gecә yenә gәlir… onu sevmirәm.
Yüz yol oxuyuram cümlәlәrini,
Onları әzbәrdәn bilirәm daha.
Sayını bilmirәm göydә ulduzun,
Amma bircәsinә edirәm dua.
O nәdi ki sәndә, özgәdә yoxdu?
O nәdi? Mәn özüm heç bilmirәmmi?
Sәni özgәlәrdәn ayırım deyә,
Görmәk istәmirәm, bәlkә, heç kimi?
Mürәkkәb rәngiylә öz ürәyimdә
Rәsmini hey çәkir, hey rәnglәyirәm.
Yenә gecә gәlir, mәn hara qaçım?
Yenә gülümsәyib, salam verirәm.
Yenә gecә gәlir
Qapqara rәnglәrlә mәn hey yazıram
Sәnin hәr sözünü öz ürәyimә.
Yenә gecә gәlir... de, hara qaçım?
Gecә yenә gәlir… onu sevmirәm.
Yüz yol oxuyuram cümlәlәrini,
Onları әzbәrdәn bilirәm daha.
Sayını bilmirәm göydә ulduzun,
Amma bircәsinә edirәm dua.
O nәdi ki sәndә, özgәdә yoxdu?
O nәdi? Mәn özüm heç bilmirәmmi?
Sәni özgәlәrdәn ayırım deyә,
Görmәk istәmirәm, bәlkә, heç kimi?
Mürәkkәb rәngiylә öz ürәyimdә
Rәsmini hey çәkir, hey rәnglәyirәm.
Yenә gecә gәlir, mәn hara qaçım?
Yenә gülümsәyib, salam verirәm.