Page 49 - "Dünya yuxutək əriyir..."
P. 49
la Əliyeva Dünya yuxutək əriyir...
Daha bir mәyusluq sәhifәsi
Daha bir sәhifә üzgün mәyusluq
Könül dәftәrimә әlavә oldu.
Mәni nә gözlәyir, köçürdüm ora –
Nöqtәsiz, vergülsüz… sәhifә doldu.
Bütün bәlli kәslәr mәnasızlaşdı...
Bu hәyat ötüşәr sәfeh kinotәk.
Möcüzә eşqiylә çox yaşadım mәn,
Anladım ki, mәzmun dәyişmәyәcәk.
Ağıla söykәnib son nәfәsәcәn
Ən uzun yaşayan ümiddi, sözsüz.
Bilirәm, qalacaq hәr şey necә var,
Qәlbim, nә «bez» deyir, nә «әlini üz».
Özünü aldadıb yaşamaq üçün
İnsanlar sәpilib Yer kürәsinә.
Hәr şeyi görürlәr, kainatı yox…
Nә fikir versinlәr görünmәyәnә?
Daha bir mәyusluq sәhifәsi
Daha bir sәhifә üzgün mәyusluq
Könül dәftәrimә әlavә oldu.
Mәni nә gözlәyir, köçürdüm ora –
Nöqtәsiz, vergülsüz… sәhifә doldu.
Bütün bәlli kәslәr mәnasızlaşdı...
Bu hәyat ötüşәr sәfeh kinotәk.
Möcüzә eşqiylә çox yaşadım mәn,
Anladım ki, mәzmun dәyişmәyәcәk.
Ağıla söykәnib son nәfәsәcәn
Ən uzun yaşayan ümiddi, sözsüz.
Bilirәm, qalacaq hәr şey necә var,
Qәlbim, nә «bez» deyir, nә «әlini üz».
Özünü aldadıb yaşamaq üçün
İnsanlar sәpilib Yer kürәsinә.
Hәr şeyi görürlәr, kainatı yox…
Nә fikir versinlәr görünmәyәnә?