Page 48 - "Dünya yuxutək əriyir..."
P. 48
Şeirlər

Sәn elә bilirsәn, eşq sәni satmaz,
Sәni zәhәrlәmәz yalanlarıyla.
Amma bunu bil ki, zәif ürәklәr
Dumana düşüncә, o an sönәrlәr.
Amma dumanın da qorumağı var...
İşığın boz mәkri qeyb olur onda.
«Bu dünyada sevgi yoxdu» deyәnlәr
Uçmağı unudur, uçmur bir daha.
Sәn gәl, ayrı sәmtә qanad çal, dostum,
Bilsәn dә, canını alov yaxacaq.
Bizә misra dolu şeirlәr bәxş et,
Mәxmәr qanadını qırma sәn ancaq.

48 / 49
   43   44   45   46   47   48   49   50   51   52   53