Page 44 - "Dünya yuxutək əriyir..."
P. 44
Şeirlər
Ah, ey әziz dostum, könül sirdaşım...
Ah, ey әziz dostum, könül sirdaşım,
Niyә ağlayırsan axı bu qәdәr?
Sevgi ki, hәya әk, әbәdi deyil,
Zәif ürәklәri parçalar, didәr.
Bir bax! Dörd tәrәfin insanla dolu,
Gedirlәr hamısı üzü puçluğa.
Mәnsә, bu dünyaya tәnha gәlmişәm,
Tәnha da gedәcәm, çıxacam yoxa.
Gizlәt qürurunu, uçsan, yıxılma,
Dünya puçluğuna boyun әymә sәn.
Ən güclü olan da tez zәiflәyәr,
Könlü bәlalarla yalqız qalırkәn.
Dostum, düşünürsәn, sәn çox bilirsәn,
Əslindә, heç nәdәn yoxdu xәbәrin.
Cavaba gedәn yol bircәdi, ancaq,
O, hәm hamınındı, hәm dә heç kimin.
Dostum, söylә görüm, yolun haradı?
Kimlәri yolundan etmәk istәrsәn?
Kimi ki, qorxursan tәrk edәr sәni,
Bil ki, çox asanca itirәcәksәn.
Zülm, әzab verәn günahlar var ki,
Bәraәt araram onlara indi.
Bәlkә, bәraәtә yoxdu haqqımız?
Bilmirәm… bunu bir kimsә dә bilmir.
44 / 45
Ah, ey әziz dostum, könül sirdaşım...
Ah, ey әziz dostum, könül sirdaşım,
Niyә ağlayırsan axı bu qәdәr?
Sevgi ki, hәya әk, әbәdi deyil,
Zәif ürәklәri parçalar, didәr.
Bir bax! Dörd tәrәfin insanla dolu,
Gedirlәr hamısı üzü puçluğa.
Mәnsә, bu dünyaya tәnha gәlmişәm,
Tәnha da gedәcәm, çıxacam yoxa.
Gizlәt qürurunu, uçsan, yıxılma,
Dünya puçluğuna boyun әymә sәn.
Ən güclü olan da tez zәiflәyәr,
Könlü bәlalarla yalqız qalırkәn.
Dostum, düşünürsәn, sәn çox bilirsәn,
Əslindә, heç nәdәn yoxdu xәbәrin.
Cavaba gedәn yol bircәdi, ancaq,
O, hәm hamınındı, hәm dә heç kimin.
Dostum, söylә görüm, yolun haradı?
Kimlәri yolundan etmәk istәrsәn?
Kimi ki, qorxursan tәrk edәr sәni,
Bil ki, çox asanca itirәcәksәn.
Zülm, әzab verәn günahlar var ki,
Bәraәt araram onlara indi.
Bәlkә, bәraәtә yoxdu haqqımız?
Bilmirәm… bunu bir kimsә dә bilmir.
44 / 45