Page 41 - "Dünya yuxutək əriyir..."
P. 41
la Əliyeva Dünya yuxutək əriyir...
Tәlәsik yazıram, yaman tәlәsik,
Bu şeir könlümә mәlhәm olacaq.
Amansız tıxaclar kәsir yolumu,
Şeirsә lәngimir, lәngimir heç vaxt.
Sağ ol, dostum şeir, xoşca qal daha!
And olsun, sevmirәm vidalaşmağı.
Qәlbimә yazdığım bu xatirәnin
Bir gün yetişәcәk oxunan çağı.
Unudulan günü xatırlayacam,
İllәr ötüşәcәk külәklәr kimi.
Hara? Niyә axı? – deyincә hәmәn,
Anlayacam nahaq tәlәsdiyimi.
Amma bu vaxtacan cavab tapmıram,
Dünya tapmacasın açmağa vaxt yox.
Bәlkә, bu sәbәbdәn hey göz yumuram
Mәni bağışlayın, tәlәsirәm çox…
Tәlәsik yazıram, yaman tәlәsik,
Bu şeir könlümә mәlhәm olacaq.
Amansız tıxaclar kәsir yolumu,
Şeirsә lәngimir, lәngimir heç vaxt.
Sağ ol, dostum şeir, xoşca qal daha!
And olsun, sevmirәm vidalaşmağı.
Qәlbimә yazdığım bu xatirәnin
Bir gün yetişәcәk oxunan çağı.
Unudulan günü xatırlayacam,
İllәr ötüşәcәk külәklәr kimi.
Hara? Niyә axı? – deyincә hәmәn,
Anlayacam nahaq tәlәsdiyimi.
Amma bu vaxtacan cavab tapmıram,
Dünya tapmacasın açmağa vaxt yox.
Bәlkә, bu sәbәbdәn hey göz yumuram
Mәni bağışlayın, tәlәsirәm çox…