Page 38 - "Dünya yuxutək əriyir..."
P. 38
Şeirlər

Bütün qәlblәriylә aşiq olmağı,
Sevgili olmağı arzulayanlar,
Bir növ öyrәşәrlәr tәnha tәkliyә.
Tәkliksә, qәlb qırar, baxmaz heç nәyә.
Tәnhalıq özü dә, bir gözәllikdi,
Onda hәm hәsrәt var, hәm qәm yanğısı...
Boş yerә tökmәyin göz yaşlarını,
Sel olur göz yaşı unudulmuşların.
Qaranlıq küçәdә yanır fәnәrlәr...
Bu işıqlı nuru unutmaq olmaz.
Onlar ürәklәrә nur çilәr, ancaq,
Öz sınıq qәlblәri heç vaxt ovunmaz.

38 / 39
   33   34   35   36   37   38   39   40   41   42   43