Page 36 - "Dünya yuxutək əriyir..."
P. 36
Şeirlər

Kainat qәmi

Zaman oğurladı mәnim vaxtımı,
Bilirik, oğurluq böyük günahdı.
Amma hamı susub, dinib-danışmır
Kimin nә haqqı var qınaya vaxtı?

Zamanla dalaşan deyilәm daha,
Onunla çәkişmәk bir fayda vermәz.
Vaxtımı aparıb verdi özgәyә,
Ömrü yaşamağa daha gün yetmәz.

Cәhәnnәm yazılıb günaha görә,
Vaxt yox tövbәlәrә, dua etmәyә.
Utanmaz gözünü dikib üzümә,
Hey gülür uzaqdan, gülür o mәnә.

Gülür var gücüylә, gülür üstümdә,
Sәsi qulağımda hey cingildәyir.
Olsun ki, bundandı… sevә bilmirәm
Mәn nә dan üzünü, nә gecәlәri...

Amma anladım mәn hiylәni, Zaman...
Bu şuluq qanunun sirrin anladım.
Bizi Yer üzünә sıxan – cәzb deyil,
Kainat qәminin ağırlığıdır.

36 / 37
   31   32   33   34   35   36   37   38   39   40   41