Page 32 - "Dünya yuxutək əriyir..."
P. 32
Şeirlər

Şair

Ruhun, sözün canı – poeziyadı
Sözә hәyat verәn sirli ocaqsan.
İyirmi altı yaşda can versәn dә sәn,
Hәlә min illәrlә yaşayacaqsan.
Nәdi әlindәki o kağız yenә?
Yenә dahiyanә nә yaratmısan?
Gözәl deyilәni yaxşı anlayır
Uca zirvәdә dә, yerdә dә olan.
Anlanar sevgidәn doğulan nifrәt,
Tәk bircә Allaha bu hiss duyulmaz.
Bir acı yalanlar, bir dә paxıllıq
Buludun o üzün görmәyә qoymaz.
Nәdi sözlәrinin canında olan –
Paslı qәlblәri dә dilә gәtirir?
İki hiss verilib – sevgi vә qorxu,
Sevәnlәr qorxunun dadını bilmir.

32 / 33
   27   28   29   30   31   32   33   34   35   36   37