Page 30 - "Dünya yuxutək əriyir..."
P. 30
Şeirlər
Göy dәniz
Göy dәniz… yenә dә Günәş vә külәk…
Göy dәniz… hәr tәrәf sakitdi bu gün.
Göy dәniz, yenә dә susub bu ürәk...
Bu ürәk darıxır tәnhalıq üçün.
Ağıl qüssә çәkir, ağıl xәstәdi,
Kölgәlәr dolaşır dörd bir tәrәfdә.
Ürәk peşman olur, ürәk sıxılır...
İnsan dәryasında tәnhayam yenә.
Nәdi bu qәfildәn kәdәr gәtirәn?
Qәlbim bu ağrını çәkә bilәrmi?
Külәk dә vәdini unudub bu gün,
Axı söz vermişdi, aparsın qәmi.
Demә, o hәmişә әsmәyәcәkmiş…
Əbәdi olan şey yoxmuş dünyada.
Ən yaxşısı budu, yuxuya gedim,
Bәlkә, suallara cavab tapıla.
Nә qәdәr cavab var, nә qәdәr yozum,
Xoşbәxtdi sualı olmayan kәslәr.
Şirindi әzabın zәhәrli tamı,
İblis dәvәt edәr, yolumu gözlәr.
30 / 31
Göy dәniz
Göy dәniz… yenә dә Günәş vә külәk…
Göy dәniz… hәr tәrәf sakitdi bu gün.
Göy dәniz, yenә dә susub bu ürәk...
Bu ürәk darıxır tәnhalıq üçün.
Ağıl qüssә çәkir, ağıl xәstәdi,
Kölgәlәr dolaşır dörd bir tәrәfdә.
Ürәk peşman olur, ürәk sıxılır...
İnsan dәryasında tәnhayam yenә.
Nәdi bu qәfildәn kәdәr gәtirәn?
Qәlbim bu ağrını çәkә bilәrmi?
Külәk dә vәdini unudub bu gün,
Axı söz vermişdi, aparsın qәmi.
Demә, o hәmişә әsmәyәcәkmiş…
Əbәdi olan şey yoxmuş dünyada.
Ən yaxşısı budu, yuxuya gedim,
Bәlkә, suallara cavab tapıla.
Nә qәdәr cavab var, nә qәdәr yozum,
Xoşbәxtdi sualı olmayan kәslәr.
Şirindi әzabın zәhәrli tamı,
İblis dәvәt edәr, yolumu gözlәr.
30 / 31