Page 26 - "Dünya yuxutək əriyir..."
P. 26
Şeirlər

Qu quşu

Cәmi bircә atәş, tәk bircә güllә
Qu quşu göylәrә çәkilib getdi…
Xәyal bir andaca sönüb qaraldı,
Möcüzәyә inam sovuşub getdi.

Mәkrli-mәkrli qımışdı ovçu,
Gülüb dә gizlәtdi nә dәrdi vardı.
Özgә hәyatına qıymaqla sanki,
O öz hәyatının heyfin alırdı.

Cәmi bircә atәş… Bircә andaca
Qeyb oldu, yox oldu dupduru sevgi…
Çilәndi o tәmiz, o kövrәk hisslәr
Bәyaz lәlәklәrә qızıl qan kimi.

İnsanın haqqı var atәş açmağa
Görәn, yaşamağı nәdi haqq edәn?
Dili olmayanlar qurtula bilmir
Bu haqsız, insafsız, kor tәqiblәrdәn.

Cәmi bircә atәş… ağlayır külәk…
Qu quşu itirir öz sevgilisin.
Verәrdi ovçuya hәr nәyi varsa,
Kaş atәş açmasın, çıxıb da getsin.

26 / 27
   21   22   23   24   25   26   27   28   29   30   31