Page 21 - "Dünya yuxutək əriyir..."
P. 21
Dünya yuxutək əriyir...

Gecә

Gecә, bağışla ki, sevmirәm sәni…
Ona görә yox ki, sәndәn gözәlәm.
Gündüz gizli qalan bütün sirlәri
Qaranlıq düşәndә görüb sezirәm.

Gecә, әhv et mәni, dostum deyilsәn,
Düzünü danışar dost olan kәslәr.
Əzabla doludu hәqiqәt, amma,
Gündüz saxta rәnglәr olanı gizlәr.

Gecә, söylә, niyә gәlirsәn?
Yaddan çıxan nә var, salırsan yada.
Sәn gәl, oyandırma xәyallarımı
Xәyaldanmı doğur Günәş dünyada?

Gecә, niyә zülmәtinlә üzürsәn mәni?
Bu qәdәr küdurәt, nifrәtmi olar?
İnsan dahi olsun, ya da ki, axmaq,
Gündüzlәr gizlәyәr, bu, bir sirr qalar.

Leyla Əliyeva
   16   17   18   19   20   21   22   23   24   25   26