Page 16 - "Dünya yuxutək əriyir..."
P. 16
Şeirlər

Güc ver, rәhm etmәyim mәn insanlara!
Rәhm edilәn insan axı alçalar?!
İzah et, onlara inam tәlqin et,
İmana gәlsinlәr, güclәnsin onlar!
Nәyi istәmәyin lüzumu yoxsa,
Mәnә elә güc ver, sәndәn ummayım,
Heç nә dilәmәyim mәnasız yerә,
Umub da göylәri darıxdırmayım.
Mәnә elә güc ver, körpәyә dönüm...
İblis hiylәsinә boyun әymәyәn,
Hәlә böyüklәrdәn zәdә almamış,
Yenicә doğulmuş, saf bir körpәyә!
Yox, әgәr çaşıb da yolumu azsam,
Bilim ki, çıxmağa bir yolum da var.
Güc ver, insanları, hamını sevim!
Axı sәnin zәrrәn hәr insanda var...

16 / 17
   11   12   13   14   15   16   17   18   19   20   21