Page 19 - "Dünya yuxutək əriyir..."
P. 19
la Əliyeva Dünya yuxutək əriyir...
Budur, yenә tәkәm
Budur, yenә tәkәm, vәfasız dostum,
Yenә dә Ay doğub, külәk dә әsir.
Sәrxoşdu şüurum, ağlım hәyatdan
Tәkәm… gecә uzun, ürәk tәlәsir.
Tәkcә mәnim gözüm getmir yuxuya
Günün xoşbәxtliyi sonamı yetir?
Bu tәnha otaqda yenә dә tәkәm…
Tәnhalar kimlәrçün dualar edir?
Budur, yenә tәkәm...
Umub-gözlәdiyim, bәlkә, bu deyil?
Mәni tәrk elәdi, uyudu Günәş,
Göydә göy qurşağı qaraldı qәfil.
Günәş uyuyubdu... Yenә yuxuyla
Dil tapa bilmirәm heç cürә indi.
Gündüz kәtan üstә çәkdiyim rәnglәr
Bir ucdan süzülür, axır heçliyә...
Budur, yenә tәkәm. İndi siz deyin –
Kimin hünәri çatar belә tәkliyә?
İnsanlar gözlәrdә qorxunu sevmir,
Sevmirlәr silahsız gizlәnәnlәri.
Heç kimә xoş gәlmir hönkürtü sәsi,
Hәsrәt, ümidsizlik, zәiflik, vida...
Hә a mәlәklәr dә mәzlum kәslәrin
Başları üstündә dönür cәllada.
Budur, yenә tәkәm
Budur, yenә tәkәm, vәfasız dostum,
Yenә dә Ay doğub, külәk dә әsir.
Sәrxoşdu şüurum, ağlım hәyatdan
Tәkәm… gecә uzun, ürәk tәlәsir.
Tәkcә mәnim gözüm getmir yuxuya
Günün xoşbәxtliyi sonamı yetir?
Bu tәnha otaqda yenә dә tәkәm…
Tәnhalar kimlәrçün dualar edir?
Budur, yenә tәkәm...
Umub-gözlәdiyim, bәlkә, bu deyil?
Mәni tәrk elәdi, uyudu Günәş,
Göydә göy qurşağı qaraldı qәfil.
Günәş uyuyubdu... Yenә yuxuyla
Dil tapa bilmirәm heç cürә indi.
Gündüz kәtan üstә çәkdiyim rәnglәr
Bir ucdan süzülür, axır heçliyә...
Budur, yenә tәkәm. İndi siz deyin –
Kimin hünәri çatar belә tәkliyә?
İnsanlar gözlәrdә qorxunu sevmir,
Sevmirlәr silahsız gizlәnәnlәri.
Heç kimә xoş gәlmir hönkürtü sәsi,
Hәsrәt, ümidsizlik, zәiflik, vida...
Hә a mәlәklәr dә mәzlum kәslәrin
Başları üstündә dönür cәllada.