Page 22 - "Dünya yuxutək əriyir..."
P. 22
Şeirlər

Gecә, uydurma bir dinclik bәxş elә,
Qoy, qәlbimә mәlhәm olsun sübhün işığı.
Sevincimi qaytar, qüssәni gizlә
Sәnin zülmәtindә qәm üzә çıxır.
Nә ağla, nә mәnә yazığın gәlsin,
Ya da istәyirsәn, birgә ağlayaq.
Nә qәdәr әllәşib-vuruşsaq da biz,
Zamanı çәtindi geri qaytarmaq.
Qoyub gedәcәksәn mәni toranda
Gecә, gedәcәksәn sәn, hamı kimi.
Demәk, hamı kimi yalançıymışsan,
Bәsdi ümid verdin, sağalt qәlbimi.

22 / 23
   17   18   19   20   21   22   23   24   25   26   27